III Çarlzın tacqoyma günü küçələrə 11 min polis yerləşdiriləcək

III Çarlzın tacqoyma günü küçələrə 11 min polis yerləşdiriləcək Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimi zamanı paytaxt Londonun küçələrində təhlükəsizliyi təmin etmək üçün 29 mindən çox polis əməkdaşı səfərbər olacaq.
London Polis Xidmətindən verilən açıqlamaya görə, xüsusilə tacqoyma günü Londonun küçələrində 11 mindən çox polis xidmət edəcək.
Bu yaxınlarda digər mühüm tədbirlərdə də iştirak etmiş təcrübəli komanda heyətinin rəhbərlik etdiyi təhlükəsizlik əməliyyatına polis əməkdaşlarının mərasim marşrutu üzrə düzülməsi, izdihamın və yol tıxanmalarının idarə edilməsi, yüksək profilli şəxslərin mühafizəsi və ixtisaslaşdırılmış qruplarla axtarış aparılması daxildir.
Bundan əlavə, polis itləri, odlu silahlar bölməsi, dəniz dəstəyi bölməsi və xüsusi polis qüvvələrinin əməkdaşları hər hansı bir hadisə və ya cinayətə cavab vermək üçün iştirak edəcəklər.
Londonun mərkəzində sifətin tanınması texnologiyasından istifadə etməyi planlaşdıran Britaniya polisinin izləmə siyahısında mərasim günündə iştirak etməsi ictimai təhlükəsizlik narahatlıqlarını artıra biləcək insanlara diqqət yetiriləcək.
Bunlara müxtəlif cinayətlərə görə axtarışda olanlar və ya barəsində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilənlər daxildir.

Tehsil-press.az


Oxşar xəbərlər