Azərbaycanda əməliyyat - Polis yaralandı, vəziyyəti kafidir

Azərbaycanda əməliyyat - Polis yaralandı, vəziyyəti kafidir Tovuzda polis əməkdaşı əməliyyat zamanı xəsarət alıb.
Hadisə ötən gün axşam saatlarında rayon ərazisində aparılan əməliyyat tədbiri zamanı baş verib.
Polis əməkdaşları qanunsuz odun daşıyan yük avtomobilini saxlamaq məqsədi ilə tədbir həyata keçiriblər. Maşında olan şəxslər avtomobilə daxil olan Qovlar Polis Bölməsinin əməkdaşı, 1986-cı il təvəllüdlü Həsənov Namin Mehman oğlunu yerə itələyiblər. Müxtəlif bədən xəsarətləri alan polis əməkdaşı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər