Təhsil Nazirliyində qalmaqal – Nazirlə müavinin davası şöbə müdirini xəstəxanalıq etdi

Təhsil Nazirliyində qalmaqal – Nazirlə müavinin davası şöbə müdirini xəstəxanalıq etdi Ötən şənbə günü Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində qalmaqal yaşanıb.
TNS-ə özəl mənbələrdən daxil olan məlumata görə, nazir Rəhman Məmmədovun yanında keçirilən iclasda əsəblər tarıma çəkilib. Rəhman Məmmədov iclasda iştirak edən bəzi işçiləri nazirliyin məlumatlarını mediaya sızdırmaqda ittiham edib. Nazir müvini Ovni Muradovun və nazirliyin şöbə müdiri Abdualla Əsgərovun buna etiraz etməsindən sonra vəziyyət daha da gərginləşib. Nazirliyin aparat rəhbəri Rəşad Əlizadə isə nazirin ittihamlarının doğru olduğunu “sübut etməyə” çalışıb. Əsl həngamə də bundan sonra qopub. Qarşılıqlı ittihamlardan sonra tərəflər qarşılıqlı təhqirə keçib. Bu söz davası nazirliyin koridorunda davam etdirilib. Gərginliyə ürəyi tab gətirməyən Təhsil Nazirliyinin şöbə müdiri Abdulla Əsgərovun halı pisləşib, təcili yardım çağırılıb və o, Naxçıvan Muxtar Respublilkasının Kardioloji Mərkəzinə aparılıb.
Mərkəzdən aldığımız məlumata görə, Abdulla Əsgərov hazırda həmin tibb müəssisəsinin reanimasiya şöbəsində müalicə olunur.
Gələcəyimiz olan uşaqları etibar etdiyimiz, onların təhsili, təlim-tərbiyəsi ilə məşğul olan məktəblərə rəhbərlilk edən nazirliyin yüksək vəzifəli şəxslərinin bu hərəkətləri təəssüf doğurur.

Tehsil-press.az


Oxşar xəbərlər