ABŞ-ın nüfuzlu bankının vitse-prezidenti UNEC tələbələri ilə görüşüb

ABŞ-ın nüfuzlu bankının vitse-prezidenti UNEC tələbələri ilə görüşüb ABŞ-nin məşhur “Bank of New York Mellon (BNY Mellon)” bankının vitse-prezidenti Emeric Crue Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri ilə görüşüb.
Tələbələrə “Maliyyə təhlili” üzrə açıq mühazirə keçən Emeric Crue onlara maliyyə riskləri, risklərin modelləşdirilməsi, kredit riskinin idarə edilməsi, Bazel prinsipləri və bank kapitalı barədə ətraflı məlumat verib.
Görüşdə, həmçinin iflasa uğrayan dünya səviyyəli bankların təcrübəsi və yol verilən yanlışlıqlar barədə Emeric Crue ilə tələbələr arasında fikir mübadiləsi aparılıb.

Tehsil-press.az




Oxşar xəbərlər