Dünya Bankının nümayəndəsi UNEC-in tələbələrinə mühazirə oxuyub

Dünya Bankının nümayəndəsi UNEC-in tələbələrinə mühazirə oxuyub Dünya Bankının maliyyə və özəl kapital üzrə məsləhətçisi Patrik MakGinnis Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri ilə görüşüb.
Tədbirə Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsinin müdiri Nərmin İbrahimova moderatorluq edib. Tədbirdə Beynəlxalq əməkdaşlıq departamentinin direktoru vəzifəsini icra edən Turan Süleymanov və ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil üzrə müşaviri Salman Haci çıxış ediblər.
Sonra Patrik MakGinnis tələbələrə sahibkarlıq, startap fəaliyyətləri və komanda işinin təşkili mövzusunda mühazirə deyib və onların suallarını cavablandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər