Azərbaycanın və Həştərxanın ali məktəblərinin yaxşı əlaqələri var - Nazir müavini

Azərbaycanın və Həştərxanın ali məktəblərinin yaxşı əlaqələri var - Nazir müavini Həştərxanın orta və ali məktəblərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans və bir sıra digər tədbirlər keçirildi. Təşkil olunmuş tədbirlərdən ən əsası isə şagirdlər arasında Heydər Əliyevin irsi ilə bağlı müxtəlif müsabiqələrin keçirilməsi ilə bağlı idi. Tədbirdə həm rəsm əsərləri, həm bədii qiraətlə bağlı çıxışlar, həm də yazı müsabiqələri baş tutdu.
Bu fikirləri jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini Firudin Qurbanov söyləyib.
“Bu gün keçirilən konfrans zamanı Azərbaycanla Həştərxan vilayəti arasında mövcud əlaqələr və perspektivlər müzakirə olundu. Bundan əlavə, Azərbaycan və Həştərxanın təhsil nazirlikləri arasında olan müqavilələr da müzakirə mövzusu idi. Qeyd edə bilərik ki, Azərbaycanın və Həştərxanın ali məktəblərinin yaxşı əlaqələri var. Xüsusən Həştərxan Dövlət Universiteti ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Slavyan Universiteti arasında ikili diplom proqramlarının təsis olunması haqqında müzakirələr davam edir. Həmçinin ölkəmizin Təhsil İnstitutu ilə Həştərxan Dövlət Universiteti arasında müzakirələr də aparılır”,- deyə Firudin Qurbanov vurğulayıb.
O əlavə edib ki, 11 saylı Həştərxan məktəbi və Azərbaycanda yerləşən 1 saylı orta məktəbin də əlaqələri müzakirə mövzularından idi. Fərəhləndirici haldır ki, Həştərxanın 11 saylı orta məktəbi Ümummilli Liderin adını daşıyır.

Tehsil-press.az


Oxşar xəbərlər