Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Rusiyanın Həştərxan Dövlət Universitetinin (HDU) rektoru, professor Konstantin Markelov və həmin ali məktəbin Siyasi elmlər və Beynəlxalq Münasibətlər Departamentinin direktoru, professor Rafik Usmanov ilə görüşüb.
Görüşdə akademik A.Məhərrəmov Azərbaycanda son illərdə bütün sahələrdə, o cümlədən təhsildə yüksək nailiyyətlərin qazanıldığını diqqətə çatdırıb. BDU-nun beynəlxalq əlaqələrindən, Rusiyanın bir çox universitetləri ilə uğurlu əməkdaşlığından danışan rektor Həştərxan Dövlət Universiteti ilə birgə layihələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Professor K.Markelov Rusiya-Azərbaycan əlaqələrinin əhəmiyyətindən bəhs edib. O, eyni zamanda, Həştərxan Dövlət Universitetinin BDU ilə fundamental elmlər üzrə əməkdaşlığını humanitar elmlər sahəsində də genişləndirməkdə maraqlı olduqlarını söyləyib.
Sonra anlaşma memorandumu imzalanıb. Sənəddə müəllim-tələbə mübadiləsi, yay məktəblərinin, konfransların təşkili, beynəlxalq layihələrdə iştirak və s. məsələlər nəzərdə tutulur.
Qonaqlar BDU-nun elmi-tədqiqat mərkəzlərində olublar.
Qeyd edək ki, Həştərxan Dövlət Universitetinin 12 mindən artıq tələbəsi, 8 institutu, 20-dək elmi-tədris mərkəzi, 21 fakültəsi, 60-dək şöbəsi var.

Kəmalə Rəhimli