Bakı Slavyan Universiteti (BSU) ilə Həştərxan Dövlət Universiteti (HDU) arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Sənədi bu ali təhsil ocağının rektoru, professor Nurlana Əliyeva və HDU-nun rektoru vəzifəsini icra edən Konstantin Markelov imzalayıblar.
Müqaviləyə görə, BSU və HDU birgə tələbə-müəllim mübadiləsini həyata keçirəcək. Belə ki, HDU-nun müəllimləri BSU-da ixtisasartırma kurslarına qatılacaqlar.
Görüşdə Azərbaycan ilə Rusiya arasında dostluq və əməkdaşlığın tarixinə toxunan N.Əliyeva ölkəmizdə rus dili və ədəbiyyatına həmişə xüsusi diqqət yetirildiyini vurğulayıb. Ümummilli lider Heydər Əliyevin ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətində gördüyü işlərdən danışan rektor həmin əlaqələrin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
N.Əliyeva rəhbərlik etdiyi ali təhsil ocağı ilə Rusiyanın universitetləri arasındakı əməkdaşlıq barədə də məlumat verib. Diqqətə çatdırılıb ki, imzalanan müqavilədən sonra iki ali təhsil ocağı arasındakı münasibətlər daha çox sahəni əhatə edəcək.
Bakı ilə Həştərxanın tarixən səmimi və isti münasibətlərə malik olduğunu deyən K.Markelov həmin əlaqələrin bu gün nəinki qorunub saxlanıldığını, həm də genişləndiyini, intensiv xarakter aldığını vurğulayıb. Dostluq və əməkdaşlıq münasibətlərinin rəsmi müqaviləyə çevrilməsini irəliyə doğru yeni addım kimi dəyərləndirən K.Markelov bunun həm də gələcək nəsillərin taleyində mühüm rol oynayacağını bildirib.
Görüşdə, həmçinin HDU-da yaradılacaq Azərbaycan tədris mədəniyyət mərkəzinə BSU tərəfindən elmi-metodik dəstəyin göstərilməsi məsələsi barədə də müzakirələr aparılıb.

BSU-nun Mətbuat Xidməti