Elm və təhsil nazirinin müavini İdris İsayev Rusiya Federasiyasının Həştərxan vilayətinə səfər edib.
Səfər çərçivəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Həştərxan şəhərində ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Sonra nazir müavini Həştərxan Dövlət Universitetində (HDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dəyirmi masada iştirak edib. Tədbirdə, həmçinin Həştərxan vilayətinin təhsil və elm naziri Yeqor Uqarov, HDU-nun rektoru Konstantin Markelov, Gənclərlə İş üzrə Agentliyin rəhbəri Viktor Nurtazin, xarici əlaqələr nazirinin müavini İlya Toropitsın, tələbə və gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər. Azərbaycanın ali təhsil müəssisələrinin təmsilçiləri isə tədbirə onlayn qoşulublar.
Dəyirmi masada çıxış edən nazir müavini İdris İsayev Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bir çox sahələrdə, o cümlədən təhsil sahəsində həyata keçirilən islahatlar və onların nəticələri barədə danışıb. Nazir müavini çıxışında Heydər Əliyevin azərbaycanlı gənclərin nüfuzlu ali məktəblərdə təhsil almalarına göstərdiyi dəstəyi xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycan xalqının Ümummilli Liderinin həyata keçirdiyi xarici siyasət nəticəsində Rusiya ilə münasibətlər qarşılıqlı əməkdaşlıq səviyyəsinə yüksəldilib. Ulu Öndərin siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dəyirmi masada çıxış edənlər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial, iqtisadi və humanitar sahələrdə əldə edilən nailiyyətlərə toxunub, onun Azərbaycan–Rusiya münasibətlərinin inkişafında rolu barədə fikirlərini bölüşüblər.
Tədbirin sonunda universitet tələbələri konsert proqramı ilə çıxış ediblər.
Qeyd edək ki, səfər çərçivəsində İdris İsayev Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 nömrəli məktəbə də baş çəkib. Nazir müavininə Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş məktəbin fəaliyyəti, eləcə də şagirdlərin nailiyyətləri haqqında məlumat verilib. İdris İsayev sözügedən müəssisə ilə Azərbaycanın ümumi təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, məktəbdə Azərbaycan dilinin tədrisinə müvafiq dəstəyin göstəriləcəyini bildirib.
İdris İsayev Həştərxan şəhərində yerləşən əlavə təhsil müəssisəsi olan “Kvantorium” uşaq texnoparkını, Həştərxan texniki liseyini də ziyarət edib, müəssisələrdə yaradılan şəraitlə tanış olub.
Daha sonra elm və təhsil nazirinin müavini İdris İsayev, Həştərxan vilayətinin təhsil və elm naziri Yeqor Uqarov və HDU-nun rektoru Konstantin Markelov arasında keçirilən görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib, bir neçə istiqamət üzrə əlaqələrin genişləndirilməsinə dair ilkin razılıq əldə olunub.
Tehsil-press.az