Berlin məhkəməsi mayın 9-da Rusiya bayraqlarının nümayişini qadağan etdi

Berlin məhkəməsi mayın 9-da Rusiya bayraqlarının nümayişini qadağan etdi Berlinin Ali İnzibati Məhkəməsi şəhərin mövqeyinə qarşı şikayəti təmin edib və mayın 8-i və 9-da Rusiya bayraqlarının və simvollarının ictimai nümayişini qadağan edib.
Məhkəmənin qərarına əsasən, mayın 8-də və 9-da Berlində anım tədbirlərində Rusiya bayraqlarının dalğalanması qadağan olunub.
Məhkəmə həmçinin SSRİ bayrağının, Georgi lentlərinin nümayişinə və taxılmasına qadağa qoyub.
Belə ki, Ali İnzibati Məhkəmə cümə günü Rusiya bayraqlarına qoyulan qadağaya qarşı təcili müraciəti təmin edən inzibati məhkəmənin qərarını ləğv edib.
Qeyd edək ki, daha əvvəl Rusiyanın teleqram kanallarının Almaniya Bundestaqının binası üzərində Sovet bayrağının yerləşdirilməsini təsdiqləyən foto və video məzmun yaydığı bildirilirdi.
Bundan əlavə, mayın 6-da Berlin inzibati məhkəməsi Ukrayna bayraqlarının yerləşdirilməsinə qoyulan qadağanı ləğv edib.

Tehsil-press.az


Oxşar xəbərlər