Balacalardan maraqlı kompozisiya: “Heydər baba, biz sənin nəvələrinik”

Balacalardan maraqlı kompozisiya: “Heydər baba, biz sənin nəvələrinik” Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Bakı şəhəri 229 nömrəli tam orta məktəb, 59 nömrəli körpələr evi-uşaq bağçası və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Heydər baba, biz sənin nəvələrinik” adlı tədbir keçirilib.
Əvvəlcə məktəbin həyətində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Daha sonra hərbi parad təşkil olunub və Ulu Öndərin, Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Şagirdlər dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi zəngin ömür yolundan bəhs edən ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva müstəqil Azərbaycanın dövlətçilik ənənəsinin formalaşması istiqamətindəki tarixi missiyanı yerinə yetirmək qüdrətinə malik olan Ümummilli Liderin müstəsna xidmətlərindən bəhs edib. Ulu Öndər Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi təhsil sahəsində də qazanılan böyük nailiyyətlərdən söz açan M.Vəliyeva Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilməsinə dair fikirlərini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər