“Heydər Əliyevin əqli mülkiyyət xəzinəsindən” mövzusunda dəyirmi masa təşkil edilib

“Heydər Əliyevin əqli mülkiyyət xəzinəsindən” mövzusunda dəyirmi masa təşkil edilib Paytaxtdakı 239 nömrəli tam orta məktəbdə Azərbaycan və Türkiyə təhsil işçilərinin iştirakı ilə “Heydər Əliyevin əqli mülkiyyət xəzinəsindən” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Məktəbin direktoru Sədaqət Əzimova Ümummilli Liderin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirib.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva hər bir ölkənin beynəlxalq aləmdə rolunu müəyyən edən başlıca amillərdən birinin təhsil olduğunu bildirib. O, məktəbliləri Azərbaycan xalqının xilaskarı olan Heydər Əliyev irsini daha dərindən öyrənməyə və ondan bəhrələnməyə çağırıb. Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sferasında da inkişaf prosesinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.
M.Vəliyeva Azərbaycan ilə Türkiyə arasında tarixi köklərə və qardaşlığa söykənən əlaqələrin təhsil sahəsində də uğurla davam etdirildiyini deyib, Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamının bu gün də örnək olduğunu söyləyib.
BŞTİ ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirən Anadolu liseyinin direktoru Mehmet Çelebi təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını, təcrübə mübadiləsinin vacib olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, şəhid anası Mehriban Əmrahova ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki xilaskarlıq missiyasından bəhs edib, təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Mərasimdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Həmçinin məktəblilər tərəfindən “Şuşa İli”nə həsr olunan səhnəcik maraqla qarşılanıb.
Sonda Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tehsil-press.az



Oxşar xəbərlər