ADU-nun kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

ADU-nun kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib Azərbaycan Dillər Universitetinin (ADU) kollektivi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Fəxri xiyabanı ziyarət edib.
Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.

Tehsil-press.az

Oxşar xəbərlər