“Rəis öz iş yerindədir!” - Həyat yoldaşının təyinatından yazdı

“Rəis öz iş yerindədir!” - Həyat yoldaşının təyinatından yazdı Rusiyanın Xalq artisti, opera ifaçısı Anna Netrebko həyat yoldaşı – Azərbaycanın Xalq artisti Yusif Eyvazovun Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsinə təyin olunması ilə bağlı instaqram hesabında paylaşım edib.
“Rəis öz iş yerindədir! Belə bir teatrı idarə etmək böyük məsuliyyətdir! Bilirəm ki, bacaracaqsan. Sənin inanılmaz enerjin, iradən, dürüstlüyün və ən əsası - ölkən üçün vacib bir iş görmək istəyin... Tezliklə burada sənət məbədi olacaq”.
Xatırladaq ki, aprelin 7-də Y. Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, A. Netrebko da hazırda Bakıdadır və 719 minə yaxın instaqram izləyicisini Azərbaycanın paxtaxtı və mədəniyyəti ilə tanış edir.

Tehsil-press.az

Oxşar xəbərlər