Belarus və Özbəkistan teatrlarının solistləri Bakıda

Belarus və Özbəkistan teatrlarının solistləri Bakıda Fevralın 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində C.Puççininin “Boqema” operası təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən tehsil-press.az-a bildirilib ki, səhnə əsərində teatrın aparıcı solistləri, Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər Afaq Abbasova, İnarə Babayeva, solistlər Tural Ağasıyev və Tələt Hüseynov çıxış edəcəklər.
Operada iki əsas partiyanı ifa etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Əməkdar Artist, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov dəvət alıb. Belaruslu qonaq səhnə əsərində Marsel partiyasını canlandıracaq. Bununla yanaşı, Özbəkistanın Xalq Artisti, Ə.Nəvai adına Böyük Opera və Balet Teatrının solisti Ramiz Usmanov da operada çıxış edəcək. Operasevərlər dünyanın qabaqcıl teatrlarının səhnələrində məharətli çıxışları ilə yaddaqalan R.Usmanovu sözügedən səhnə əsərində Rudolf partiyasında görəcəklər.
Tamaşanın dirijoru Xalq Artisti, professor Cavanşir Cəfərovdur.

Tehsil-press.az

Oxşar xəbərlər