Opera və Balet Teatrının rəhbəri, Əməkdar İncəsənət Xadimi Akif Məlikov Xalq artisti Xuraman Qasımovanın ittihamlarına münasibət bildirib.
O, bütün ittihamların yalan olduğunu bildirib: “Qeyd etdiyi kimi, onun tələbələrinə kağıza imza atdırılmayıb. Yanlış məlumatdır. Cəfəngiyyat söhbətlərdir. Əvvəla, teatrın səviyyəsini bilmək üçün teatra gəlmək lazımdır. Onlar işdən azad olunandan sonra ayaqlarını teatrın binasına atmayıblar. 20 ildir ki, ayaq basmırlar. Mənimlə münasibətləri yoxdur, bəs opera sənəti?
Teatrımızda böyük tamaşalar var, fəaliyətimiz göz qabağındadır. Onlar kafedra müdiri kimi gərək sənətçi hazırlasınlar. Opera sənəti ilə bağlı ifaçı qıtlığı var. Öz işləri ilə məşğul olsunlar. Çıxıb belə danışmaqla özlərini ictimaiyyətin yadına salmaq istəyirlər ki, biz də varıq”.
Tehsil-press.az