Opera və Balet Teatrının solisti Belarus səhnəsində çıxış edəcək

Opera və Balet Teatrının solisti Belarus səhnəsində çıxış edəcək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist, Prezident mükafatçısı İnarə Babayeva aprelin 8-də Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində çıxış edəcək.
İ.Babayeva Minskdə görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin "Riqoletto" operasının tamaşasında əsas rollardan birini - Cilda partiyasını ifa edəcək.
Tamaşada onun tərəf müqabillərindən biri - Riqoletto rolunda adı Bakı tamaşaçılarına yaxşı tanış olan Vladimir Qromov çıxış edəcək. Hersoq rolunu ifa etmək üçün Lvov Milli Operasının solisti Mixail Malafiy dəvət olunub. Tamaşanın dirijoru İtaliyalı maestro Canluka Marçianidir.
Qeyd edək ki, azərbaycanlı vokalçının iştirak edəcəyi bu tamaşa Belarusun görkəmli opera müğənnisi - Xalq artisti Yuri Bastrikovun xatirəsinə həsr olunub.

Afət Abbasova

Oxşar xəbərlər