Azərbaycan əməkdar artisti Gülüstan Əliyeva Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində "Payız Sevgisi" adlı solo konsertlə çıxış edib. Tehsil-press.az-ın məlumatına görə, konsert oktyabrın 28-də saat 20.00-da baş tutub.
Konsert Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunub və G.Əliyevanın opera səhnəsində 20 illik yaradıcılığına həsr olunub. G.Əliyeva Akademik Opera və Balet səhnəsində "Leyli və Məcnun", "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl", "Gəlin qayası", "Arşın mal alan", "O olmasın, bu olsun", "Natəvan"da maraqlı obrazlarını yaradıb.
Konsert proqramında Xalq Çalğı Alətləri Ansamblı (bədii rəhbəri əməkdar artist Ələkbər Ələkbərov) və Estrada orkestrinin (bədii rəhbəri əməkdar artist Vüqar Camalzadə) müşayiəti ilə məşhur və yeni kompozisiyaları, xalq mahnıları, muğam və klassik əsərləri nümayiş olunub.
Tehsil-press.az