Bəxt başlarına yağdı. Baxçalarına düşən meteoritin 200 min avro olduğu bildirilir

Bəxt başlarına yağdı. Baxçalarına düşən meteoritin  200 min avro olduğu bildirilir Bəxt onların başlarına yağdı. Bağlarına meteorit daşı düşdü. Qiyməti eşidənlərin ağızlarını açıq qoydu. Almaniyada yaşayan türk ailəsinin bağına sərvət düşüb. Onların bağçasına düşən meteoritin 200 min avroya yaxın olduğu bildirilir. Almaniyada yaşayan türk ailəsinin başına bəxt quşu qonub. Elmshorn şəhərində yaşayan Şahinin həyətyanı bağçasına meteorit düşüb. Meteoritin 3,7 kilo olduğu, dəyərinin isə tam 200 min avro olduğu bildirilib. Mövzu ilə bağlı danışan Mahmut Şahin, "Qəhvə içmək üçün bağçaya çıxanda yerdə böyük bir dəlik gördüm. Yaxınlaşdıqda dəlikdə daş olduğunu bilib, hiss etdim ki, meteoritdir. Sonra maqnit testinə göndərdik və meteorit daşı olduğu təsdiqləndi " deyə o bildirib. Almaniyadan başqa digər ölkələrdən də təklif aldıqlarını deyən Şahin, ən yüksək təklifin 200 min avro olduğunu bildirib.
Bildirilir ki, hazırda anbarda saxlanılan meteorit indiyə qədər ştata düşən ən böyük meteoritdir.
Xatırladaq ki, meteoritlər yerə düşdükdən sonra özündə və ətrafında saatlarla maqnit sahəsi yarada bilir.

Tehsil-press.az



Oxşar xəbərlər