Professor: Ərdoğanın liderliyi sayəsində Türkiyə güclü iqtisadiyyata sahib olub

Professor: Ərdoğanın liderliyi sayəsində Türkiyə güclü iqtisadiyyata sahib olub Türkiyəyə bələd olan iqtisadçılar dürüst davransalar, qarşıdakı 7 ili Türkiyə iqtisadiyyatının ən güclü dövrü adlandırarlar. Düzdür, Türkiyədə yüksək inflyasiya hökm sürür, iqtisadiyyatda xarici manipulyasiyalar mövcuddur, lakin bunun hərbi-siyasi qarşılığı var. Bilirsiniz, bütün ölkələr hərbi-siyasi güc üçün güclü iqtisadiyyata sahib olmaq istəyir. Bu gün Rəcəb Tayyib Ərdoğanın sayəsində Türkiyə buna nail olub. Türkiyə artıq qlobal gücdür.
Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri professor Məhəbbət Məmmədov söyləyib.
“İllərdən bəri Türkiyədə seçki təcrübəsi mövcuddur. Lakin heç vaxt Türkiyədəki seçki Azərbaycanda budəfəki kimi həssaslıqla izlənilməmişdi. Bu, özlüyündə Türk dünyasının artıq bütövləşməsi, Türk dünyasının – Turanın, Azərbaycan-Türkiyə birliyinin qələbəsi, Ərdoğanın Türk dünyası qarşısındakı xidmətlərinin nəticəsi deməkdir. Əgər bu seçkilərdə bütün Türk dünyasının səsvermə şansı olsaydı, bəlkə də, Rəcəb Tayyib Ərdoğan 90 faiz səs toplayardı”, - deyə M.Məmmədov vurğulayıb.
O qeyd edib ki, Prezident İlham Əliyev və Azərbaycan xalqı bu qələbəyə inanırdı. Təsadüfi deyil ki, hələ ilk turun nəticələrindən dərhal sonra Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu təbrik etmişdi. Bəzi güclər və dairələr bunu yanlış göstərməyə, Türkiyə və Azərbaycan əlaqələrinə zərbə kimi qələmə verməyə çalışırdılar, ancaq buna nail ola bilmədilər. İmperializm, İran, Ermənistan və onların havadarları məğlub oldular. Müdrik türk xalqı öz qərarını verdi. Türkiyənin İraq və Suriyaya çevrilməsinin qarşısı alındı. Türkiyə müharibələrə sürüklənirdi. Qərbin əlində alət olmaq və yarıköləlik statusundan Türkiyə və Türk dünyası xilas oldu.
“Hesab edirəm ki, bundan sonra Azərbaycan-Türkiyə qardaşlığı daha da güclənəcək. Artıq Türk dünyasının 100 ili erası başladı. Bu qardaşlığın nəticələri, ümumilikdə Türk dünyasının intibahı Zəngəzur dəhlizi ilə bütün türk coğrafiyasına yayılacaq”, - deyə professor fikrini yekunlaşdırıb.

Tehsil-press.az


Oxşar xəbərlər