Məhz buna görə də icra başçılarının təhsil və karyera yolu ictimai maraq doğurur.
Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan rayonların icra başçılarının təhsil yolları ilə bağlı yazı hazırlayıb.
Qeyd edək ki, Quba-Xaçmaz iqtisadi rayonuna Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran inzibati rayonları daxildir.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Mahmudov İlqar Akif oğlu 02 iyun 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Bakı şəhəri Nəsimi rayonu 211 saylı tam orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr fakultəsinə daxil olmuş, 1997-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirib. 2001-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər və 2007-2010-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultələrində əlavə təhsil alıb.
Qusar Rayon İcra Hakimin başçısı Məmmədxanov Sahir Polad oğlu 05 noyabr 1959-cu ildə Azərbaycan Respublikası İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olmuşdur.
1967-1977-ci illərdə İsmayıllı rayonunun Qubaxəlilli kənd orta məktəbində təhsil alıb. 1981-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” ixtisasına qəbul olmuş, 1985-ci ildə həmin universiteti bitirib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Rzayev Elnur Şahbaz oğlu 2 aprel 1980-ci ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə həmin Universitetdə “İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və Bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alıb.
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruzov Novruz 1954-cü il mayın 2-də Lerik rayonunun Zövnə kəndində anadan olmuşdur. 1971-ci ildə Yardımlı qəsəbə 1 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetini, 1993-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib.
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov 25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmub. Azərbaycan Texniki Universitetini iqtisadçı, Bakı Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirmişdir. İqtisad üzrə fəlsəfə doktorudur.
Tehsil-press.az









