Tələbələr elektron xidmətlərdən istifadə ilə bağlı maarifləndirilib

Tələbələr elektron xidmətlərdən istifadə ilə bağlı maarifləndirilib Tələbələrin və təhsil işçilərinin iştirakı ilə elektron xidmətlərdən istifadə qaydaları ilə bağlı maarifləndirici görüşlər keçirilib.
Görüşlər Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Texniki Universitetində təşkil edilib.
Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət, həmçinin Elm, ali və orta ixtisas təhsili şöbələrinin əməkdaşları tərəfindən keçirilən görüşlərdə portal.edu.az, dp.edu.az, apply.enic.edu.az, edu.gov.az, e-ttfk.edu.az platformaları haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, elektron xidmətlərdən istifadənin vətəndaşlar üçün üstünlüklərindən danışılıb.
Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər