Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanları keçirilib

Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanları keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fəlsəfə fənnindən doktoranturaya qəbul imtahanı keçirilib.
İmtahanda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə birlikdə 6 ali təhsil müəssisəsindən (Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti) və ADNSU nəzdində NQGTP ET –dən qeydə alınmış 261 namizəddən 241 nəfər iştirak edib. Nəticələr 7 nəfərdən ibarət komissiya tərəfindən qiymətləndirilib. 227 nəfər iddiaçı imtahandan uğurla keçib. 14 nəfər qeyri-məqbul qiymətləndirilib.
ADNSU-da “Fəlsəfə” fənni üzrə keçirilən doktoranturaya qəbul imtahanlarının nəticələri universitetin internet saytında yerləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər