Ərdoğanla Stoltenberq nələrdən danışdı?

Ərdoğanla Stoltenberq nələrdən danışdı? Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqi Dolmabaxça sarayında qəbul edib.
Görüşdə Stoltenberq Türkiyənin NATO-ya verdiyi töhfəyə diqqət çəkib.
O bildirib ki, həmçinin İsveç də öz öhdəliklərini yerinə yetirmiş sayılır:
“Bildiyiniz kimi bu ölkədə bir neçə gün əvvəl mühüm yeni antiterror qanunu qüvvəyə minib. İsveç Türkiyənin narahatlığını qarşılamaq üçün ciddi addımlar atıb. Bura PKK da daxil olmaqla, terrorla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi aiddir”.
Qeyd edək ki, Stoltenberqlə Prezident Ərdoğan bugünkü görüşdə İsveçlə Daimi Müştərək Mexanizmin növbəti görüşünün iyunun 12-də keçirilməsi ilə bağlı razılığa gəlib.

Tehsil-press.az



Oxşar xəbərlər