"Əgər müəllimlərin işə qəbulu imtahanında hər iki namizəd eyni balı toplayıbsa, qırmızı diplomlu namizədə üstünlük verilir".
Bunu Təhsil İnstitutunun (ARTİ) İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.
Onun sözlərinə görə, bu məsələ qaydalarda nəzərdə tutulub: "Lakin müsabiqə hər bir namizəd üçün bərabər imkanlar yaradır".
N.İsmayılbəyli bildirib ki, MİQ-in həm test, həm də müsahibə mərhələsində uğur qazanan namizədlərin sonradan iş yerindən imtina etməsi nazirliyin manevr imkanlarını məhdudlaşdırır: "Belə olan halda nazirlik bilik və bacarıqları daha aşağı olan şəxsi müddətli əsaslarla işə götürmək və növbəti il yenidən həmin yeri vakansiyaya çıxarmaq məcburiyyətində qalır. Bu prosesdən də ən çox əziyyət çəkən şagird olur. Çünki hər il yeni bir müəllimlə tədrisə davam edir. Digər tərəfdən qeydiyyatdan keçib imtahanlarda iştirak etməyənlər də çoxdur. Məsələn, ötən il MİQ üzrə 54 minə yaxın namizəd qeydiyyatdan keçsə də, 10 minə yaxını iştirak etməyib".
Tehsil-press.az