Qaydalara uyğun olaraq hər bir imtahanın növbəti günü namizəd apellyasiyaya müraciət edə bilər. Apellyasiyada və sosial şəbəkələrdə ən çox narahatçılıq doğuran məsələləri nəzərə alaraq, Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə edilmiş sualların elmi-statistik təhlili aparılıb. Aparılmış elmi-statistik təhlil çərçivəsində müxtəlif fənlər üzrə 5040 test tapşırığı əhatə olunmaqla sualların məzmun xüsusiyyətləri, çətinlik dərəcəsi və diskriminasiya əmsalı təhlil edilib.
Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov müəllimlərin işə qəbulu (MİQ) imtahanları ilə bağlı mətbuata açıqlamasında bildirib.
O deyib ki, iyulun 5-dən etibarən həyata keçirilən müəllimlərin işə qəbulu imtahanlarına 60 mindən çox müraciət olunub və indiyə qədər 40 minə yaxın namizəd iştirak edib. Təhlillər zamanı suallarda səhvlər aşkar olunmayıb, yalnız sualların müxtəlif günlər (cəmi 3 seans) və cəmi 2 fənn üzrə çətinlik fərqi olduğu müəyyən edilib. Elmi-statistik təhlillər göstərib ki, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə seanslarda istifadə edilmiş test tapşırıqları bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqlənir.
“Sosial şəbəkələrdə müəllimlərin işə qəbulu imtahanları ilə bağlı yayılmış suallar təhrif olunmuş şəkildə göstərilib və keçirilən imtahanlara heç bir aidiyyəti yoxdur. Bəzi fənlər üzrə, məsələn riyaziyyat fənni üzrə də namizədlər sualların çətinlik dərəcəsi haqqında fikir bildiriblər. Nəzərinizə çatdıraq ki, ARTİ tərəfindən bütün fənlər üzrə təhlillər aparılıb və bildiririk ki, digər fənlər üzrə müxtəlif tarixlərdə keçirilən imtahan suallarının çətinlik dərəcəsində fərq ortaya çıxmayıb. Bununla da digər fənlər üzrə imtahan verən namizədlər üçün bərabər rəqabət mühiti yaradılıb. Bərabər və sağlam rəqabət mühitinin yaradılması bizim əsas prinsiplərimizdən biridir”, - deyə İnstitutun direktoru vurğulayıb.
R.Əzizov bütün qeyd olunanları nəzərə alaraq bildirib ki, imtahanlar ləğv olunmur, yalnız iyulun 12-də keçirilmiş ibtidai sinif, iyulun 23 və 26-da təşkil olunmuş Azərbaycan dili və ədəbiyyat müəllimliyi imtahanlarında iştirak etmiş namizədlərə əlavə imtahan imkanı yaradılır. Bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək. İmtahanlarda iştirak könüllü xarakter daşıyır. Təkrar olaraq imtahanlarda iştirak edən namizədlərin vakansiya seçimi mərhələsində son imtahan nəticəsi nəzərə alınacaq. Təkrar imtahan vermək arzusunda olan namizədlər iyulun 28-də saat 11:00-dan iyulun 30-da saat 23:59-dək şəxsi səhifəyə daxil olaraq “Müraciət et” butonuna klikləməklə qeydiyyatdan keçərək təkrar imtahanda iştirak edə bilərlər.
Tehsil-press.az