Kaxovkanı su basması nəticəsində ölənlər var

Kaxovkanı su basması nəticəsində ölənlər var Kaxovka su elektrik stansiyasının partlamasından sonra Xerson vilayətini su basması nəticəsində ölənlər var.
Bu barədə Oleşek şəhərinin meri Yevgeni Rişuk məlumat verib.
“Artıq 3 nəfər ölüb. Daha iki nəfər xəstəxanaya çatdırılıb. Düşünürəm ki, ölüm sayı daha çox olacaq”, - Rişuk bildirib.
Şəhər hərbi idarəsinin rəisi Tatyana Qasanenko daşqın qurbanlarının sayının hələlik dəqiq məlum olmadığını qeyd edib.
Qasanenkonun sözlərinə görə, şəhərin 85%-i su ilə örtülüdür. Özbaşına evakuasiya etmək mümkün olmadığından insanlar saatlarla evlərinin damında oturub kömək gözləyirlər.

Tehsil-press.az


Oxşar xəbərlər