Aİ Rusiyaya qarşı 11-ci sanksiya paketi barədə razılığa gələ bilməyib

Aİ Rusiyaya qarşı 11-ci sanksiya paketi barədə razılığa gələ bilməyib Avropa İttifaqının səfirləri iyunun 7-də baş tutan qapalı danışıqlarda Rusiyaya qarşı 11-ci sanksiya paketi barədə razılığa gələ bilməyiblər.
“Politico” qəzeti bu barədə diplomatik mənbələrinə istinadla məlumat yayıb.
“May ayında Rusiyaya qarşı 11-ci sanksiya paketinin ilkin layihəsi bloklandıqdan sonra Avropa Komissiyası iyunun 7-də Avropa İttifaqı səfirlərinin görüşündə təkliflərin yeni versiyasını təqdim edib. Lakin səfirlər yenə razılığa gələ bilməyib. İyunun 14-də təkliflərin müzakirəsinə yenidən qayıdılacaq”, - deyə qəzet yazıb.
RTBF telekanalının məlumatına görə, yeni sanksiya layihəsini bloklayan Yunanıstan və Macarıstan bəzi kompaniyaları Rusiyanın qərb sanksiyalarından yayınması cəhdlərini dəstəkləyənlər siyahısından çıxarmağı tələb edir.

Tehsil-press.az



Oxşar xəbərlər