“İlin Elle Qızı” mükafatını alan türkiyəli tanınmış aktrisa Eda Ece mərasimdə çıxışı zamanı dediyi sözlərlə müzakirə obyektinə çevrilib.
Aktrisa ötən axşam keçirilən “ELLE Style Awards” mərasimində zəlzələ bölgəsində yaşayan vətəndaşların builki prezident seçkilərində seçimlərindən danışaraq bildirib: “Onlar zəlzələ bölgəsində etdiyimiz hər şeyin başqaları tərəfindən edildiyini düşünüblər, biz qutulardan bunu anladıq”.
Eda Ecenin çıxışının həmin hissəsi sosial şəbəkədə geniş şəkildə paylaşılıb. Əksər sosial media istifadəçiləri Ecenin həmin çıxışına sərt reaksiya verərək onu tənqid ediblər. Aktrisa isə açıqlamasını belə şərh edib: “Biz 3 gün boyunca yalnız qalan insanların yanında olmağa çalışdıq, işlərimizə fasilə verdik və əlimizdən gələni etdik. Bir çox dramatik şeylər yaşadıq. Niyə mükafat nitqimdə zəlzələ sözünü istifadə etdim?! Mən bunu edirəm, çünki fevral ayında “Elle”nin üz qabığında mən idim və bu gün mükafatı aldım. Buna görə əlaqələndirdim. Yoxsa etdiyim yaxşılığı da dilə gətirmərəm. Zarafat da edərəm, fikrimi də deyərəm”.
Daha sonra bunu silən aktrisa yeni bir paylaşım ilə sözlərinə aydınlıq gətirib: “Linç qrupu zarafatımdan inciyib”.
Tehsil-press.az