Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” VI beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
Əvvəlcə ADU-nun foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Beynəlxalq tələbə himni olan “Qaudames” oxunub.
Açılış nitqi ilə çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla bildirib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan konfransa maraq böyükdür. Müxtəlif xarici dövlətlərdən elm və təhsil nümayəndələri, alimlər, ziyalılar konfransa böyük diqqət və maraq göstərirlər: “Bu gün biz Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. O, dahi bir lider kimi, müdrik bir siyasətçi kimi, xalqını, torpağını bütün varlığı ilə sevən, qoruyan bir şəxsiyyət kimi qəlbimizdə əbədi yaşayır və yaşayacaqdır. Ulu Öndər Azərbaycanın gücünü xalqların birliyində və vəhdətində görürdü. Məhz bu birliyin və vəhdətin nəticəsində 44 gündə Azərbaycan xalqı dəmir yumruq oldu və tarixi torpaqlarımız işğaldan azad olundu. Bu gün Azərbaycan xalqı qalib xalq kimi bütün dünyada öz sözünü deyir. Qalib xalq olmağın məsuliyyəti böyükdür. Biz gərək bunu öz işimizdə, əməlimizdə, auditoriyalarımızda, kafedralarımızda hamıya nümayiş etdirə bilək”.
Qafqaz Universitetləri Birliyinin sədri Ramazan Korkmaz, Çeçenistan Dövlət Pedaqoji Universitetinin rektoru İsmayıl Bayxanov, Minsk Dövlət Linqvistik Universitetinin rektoru Natalya Lapteva, Maynz Universitetindən professor Hendrik Buşoten, Pakistanın Milli Müasir Dillər Universitetindən professor Muhammad Zubair İqbal, Aleksandr İoan Kuza adına Yassı Universitetindən Lyudmila Bejenaru, Ege Universitetindən professor Fikret Türkmen, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü və QMİ sədrinin müavini Hacı Fuad Nurullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, İtaliyanın “Sandro Teti Editore” nəşriyyat evinin rəhbəri Sandro Teti və başqa qonaqlar konfransla bağlı fikirlərini bölüşüblər.
Qeyd olunub ki, konfrans öz əhəmiyyəti və beynəlxalq əməkdaşlığın qurulması baxımından olduqca önəmli rol oynayır.
Konfrans bölmə iclasları ilə davam edib və yekun iclası ilə başa çatıb.
Tehsil-press.az