Ukraynanın İrpen şəhərində yerləşən akademik Zərifə Əliyeva adına 12 saylı liseyin şagirdləri SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olublar.
Şagirdlər Ali Məktəbin tədris proqramları, burada yaradılmış beynəlxalq təhsil mühiti, inkişaf və digər imkanlar haqqında məlumatlandırılıb, onlara kampus gəzintisi təşkil edilib.
İştirakçılar Konqres zalı, Senat zalı, Neft Muzeyinin eksponatları, kitabxana, üzgüçülük hovuzu, iki qapalı idman zalı, tələbə yeməkxanası, auditoriyalar, müasir tədris laboratoriyaları, fitnes mərkəzi, süni örtüklü stadion, tennis kortu, voleybol, basketbol, yüngül atletika meydançaları və Tələbə evi ilə tanış olublar.
Qonaqlara Ali Məktəbin fəaliyyət istiqamətləri, illər üzrə ümumi statistik göstəriciləri, BANM-in ixtisasları üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi yerli və xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili intizam qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübə proqramları, seminarlar və BANM-in fəaliyyətinin digər istiqamətləri barədə məlumatlar verilib.
Qeyd edək ki, ukraynalı məktəblilərin Azərbaycana səfərinin məqsədi ölkəmizin mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olmaqdır.
İrpen liseyinin direktoru Valentina Antonenko BANM haqqında yüksək təəssüratları yarandığını bildirib.
Onların Azərbaycana səfəri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təşkil olunub. Səfər Azərbaycanın Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı törəməsi olan “SOCAR Ukraine” şirkətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşıb.
Tehsil-press.az