Bakı Neft Məktəbində "Ankara məktəbi" məktəb-liseyinin şagirdləri ilə görüş

Bakı Neft Məktəbində Bakı Ali Neft Məktəbində (BANM) Bakının Nərimanov rayonunda yerləşən “Ankara məktəbi” məktəb-liseyinin müəllimləri və şagirdləri üçün Ali Məktəblə tanışlıq turu təşkil olunub. BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı şagirdləri salamlayıb və onları Ali Neft Məktəbində görməkdən məmnunluq ifadə edib. Həbibə Sadıqlı təqdimatla çıxış edərək, şagirdlərə BANM-in yaranma tarixi, fəaliyyət istiqamətləri, yeni kampusu, illər üzrə ümumi statistik göstəriciləri, BANM-in ixtisasları üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübələr, seminarlar və BANM-in fəaliyyətinin digər istiqamətləri haqqında geniş məlumat verib. BANM-in 2015/2016-cı tədris ili üçün tələbə qəbulunun əsas göstəricilərinə görə liderlik mövqeyini saxladığını və bütün göstəricilərə görə dinamika müşahidə olunduğunu vurğulayıb. O, BANM-in abituriyentlər üçün ən cəlbedici və nüfuzlu ali təhsil müəssisəsi olduğunu vurğulayıb və şagirdlərə gələcəkdə burada təhsil almağı tövsiyə edib. BANM-də oxumağın gələcəkdə onların əsl peşəkar mühəndislər və neftçilər olmaqla yanaşı, şəxsiyyət kimi yetişməsinin qarantı olduğunu da deyib.
Sual-cavab sessiyasından sonra şagirdlər BANM-in tədris auditoriyaları və laboratoriyaları, yeni kampusunun maketi ilə tanış olublar.
Sonda görüşdə iştirak edən müəllimlər və şagirdlər təqdimatdan məmnunluqlarını bildirib və belə səmərəli görüşün təşkilinə görə BANM-in rəhbərliyinə təşəkkür ediblər.


BANM-nin Mətbuat Xidməti


Bakı Neft Məktəbində "Ankara məktəbi" məktəb-liseyinin şagirdləri ilə görüş

Oxşar xəbərlər