Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə Gənc Müəllimlərin III Forumu keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə rəhbərlik etdiyi qurum haqqında məlumat verib. Sonra AGMA-nın fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev son illərdə müəllim peşəsinə marağın artdığını və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb, ölkəmizdə təhsil sahəsində həyata keçirilən mühüm təşəbbüslərdən danışıb. Emin Əmrullayev təhsilverənlərin fəaliyyətinin stimullaşdırılması və istedadlı gənc müəllimlərin potensialının aşkar olunmasına imkan yaradan bu cür tədbirləri təqdirəlayiq hesab edib.
Daha sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov gənclərimizin könüllülük fəaliyyəti, həyata keçirilən layihələr, gənc nəslin müasir dünya gəncliyinə inteqrasiyası və gənclərlə iş sahəsində birgə əməkdaşlıqdan söz açıb.
Forum Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələrinin ifası ilə davam etdirilib.
Tədbir gənc müəllimlər üçün təşkil edilən təlimlərlə başa çatıb.
Tehsil-press.az