Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə aprelin 30-dək icra olunacaq “Şuşanın rəqəmsal müəllimləri” layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbirdə AGMA-nın sədri Rüfət Əsədzadə rəhbəri olduğu təşkilat haqqında məlumat verib, institutun layihəyə göstərdiyi dəstəyi xüsusi qeyd edib. O diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihənin əsas məqsədi distant təhsilin təşkili prosesində müəllimlərdə “Google for Education” platformasından istifadə bacarıqlarını formalaşdırmaqdan ibarətdir.
Sonra layihə rəhbəri Hüseyn Hüseynov “Şuşa İli”ndə həyata keçirilən “Şuşanın rəqəmsal müəllimləri” layihəsi haqqında ətraflı məlumat verərək, onun əhəmiyyətini vurğulayıb və iştirakçıların suallarını cavablandırıb.
İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Səyyarə Hidayətzadə çıxışında müasir dövrün tələblərinə uyğun yüksəkixtisaslı kadrlar yetişdirməyin önəmini diqqətə çatdırıb, bu istiqamətdə əldə ediləcək uğurlar naminə elmi müəssisənin əməkdaşlarının dəstək göstərməyə daim hazır olduqlarını bildirib.
Qeyd edək ki, layihəyə müraciət edən 300 müəllimdən 50-si seçilərək təlimlərə cəlb olunub.
Tehsil-press.az