Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilmiş “Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva təhsilimizin inkişafı üçün qabaqcıl təcrübəyə malik, istedadlı, peşəkar müəllimlərə hər zaman ehtiyac olduğunu söyləyib. Bildirib ki, sürətlə dəyişən dövr müəllimdən yeni axtarışlar, ideyalar, yeni yanaşmalar, yenilikçi təşəbbüslər tələb edir. Müsabiqənin məqsədi və əhəmiyyəti barədə danışan idarə müdiri “Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinə təqdim etdikləri yenilikləri ilə seçilən müəllimlərin dəyişən, yenilənən dünyamızın, cəmiyyətimizin quruculuğunun fəal iştirakçılarından olduqlarını diqqətə çatdırıb.
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə ölkənin ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq və müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək baxımından bu cür müsabiqələrin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdiklərini söyləyiblər.
Tədbirdə müsabiqədə qalib gəlmiş müəllimlərin fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.
“Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinin qalibləri göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.
Tehsil-press.az