Təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müəllim və tələbələrlə görüşüb.
Görüşdən öncə nazir Emin Əmrullayev və UNEC-in rektoru professor Ədalət Muradov şəhidlərin Memorial-Xatirə Kompleksini ziyarət edərək, önünə əklil qoyub və əziz xatirələrini ehtiramla yad ediblər.
Sonra təhsil naziri UNEC-in 7/24 kitabxanası, Ekstern Mərkəzi ilə tanış olub. O, UNEC-də yaradılan hibrid auditoriyalara da baxış keçirib. Bildirilib ki, universitetdə hazırda 50 hibrid auditoriya fəaliyyət göstərir, daha 50 auditoriya yaxın zamanlarda istifadəyə veriləcək.
Bu gün, həmçinin UNEC-in muzeyinin açılışı olub. Nazir UNEC-in yaradılması tarixi barədə məlumatlandırılıb və tarixi sənədlərlə tanış olub.
Emin Əmrullayev ölkəmizdə ilk dəfə olaraq UNEC-də fəaliyyətə başlayan “Bloomberg” Maliyyə Laboratoriyasının açılışında da iştirak edib. Bildirilib ki, 12 “Bloomberg” terminalından ibarət laboratoriya UNEC-ə bu sahədə dünyanın qabaqcıl universitetlərinin malik olduğu şəraiti yaradacaq, bu ali təhsil müəssisəsində keyfiyyətli araşdırma mühitinin formalaşmasına imkan verəcək. UNEC ölkənin təhsil sektorunda bu tip laboratoriyanın qurulmasında ilk və tək olmaqla, ölkədə maliyyə bazarlarının inkişafına böyük töhfə verəcək və məzunlarının əmək bazarında işlə təmin edilməsində üstünlüyə malik olacaq.
UNEC-lə tanışlıqdan sonra təhsil naziri və rektor tələbələrlə görüşüblər. Rektor bakalavr və magistratura pilləsi üzrə tələbə qəbulu barədə məlumat verərək, qəbulda yüksək nəticələrin əldə olunduğunu qeyd edib. UNEC-in tədqiqat universitetinə çevrilməsi məqsədilə universitetdə magistrlərin payının daha da artırılacağını diqqətə çatdırıb.
Təhsil naziri Emin Əmrullayev ölkədə ali təhsilin inkişafı istiqamətində görülən işlərdən, prioritetlərdən, tələbələrə dövlət dəstəyindən, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın mahiyyətindən danışıb. Tələbələrə fərdi bacarıqlarını inkişaf etdirməyi, elmi tədqiqatlara marağı daha da artırmağı, innovativ layihələrdə fəal olmağı tövsiyə edən nazir UNEC-də bu istiqamətdə hərtərəfli şəraitin yaradıldığını vurğulayıb.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Təhsil naziri gənc müəllimlərlə də görüşüb. Görüşdə rektor universitetdə gənc müəllimlərin işə qəbulu ilə bağlı görülən işlərdən danışıb. Hazırda müəllimlərin 30 faizinin gənclərdən ibarət olduğunu və bu prosesin davam etdiriləcəyini deyib.
Gənc müəllimlərin tədrisə cəlb olunmasının vacibliyindən söz açan nazir son illər bu istiqamətdə müsbət tendensiyaların yarandığını deyib. Emin Əmrullayev onların tədrisin keyfiyyətinin artırılmasındakı rolundan, universitetlərin reytinqinə təsir edən amillərdən, kadr potensialının formalaşdırılmasından söz açıb. Ali təhsil sahəsində bu istiqamətdə aparılan islahatlar və görülən işlər barədə məlumat verib.
Görüşün sonunda təhsil naziri müəllimlərin təkliflərini dinləyib və suallarını cavablandırıb.
Tehsil-press.az