Makron: "Fransa miqrasiya böhranını aradan qaldırmaq üçün İtaliya ilə birlikdə çalışacaq"

Makron: Fransa Prezidenti Emmanuel Makron miqrasiya böhranından çıxmaq üçün Paris və Roma arasında qarşılıqlı əlaqənin gücləndirilməsini zəruri hesab edir.
Bubarədə Fransa lideri Yelisey sarayında İtaliyanın baş naziri Corc Meloni ilə görüşdən sonra bildirib.
"Biz hələ də Aralıq dənizində dramatik vəziyyətlə üzləşirik. Sığınacaq və miqrantların qəbulu sistemini daha effektiv təşkil etməliyik", - deyə Makron bildirib.
Onun sözlərinə görə, bu sahədə Paris və Roma arasında koordinasiya davam etdiriləcək.
Makron qeyd edib ki, Aİ sərhədlərinin mühafizəsini gücləndirmək lazımdır.

Tehsil-press.az


Oxşar xəbərlər