Finlandiya Prezidenti Sauli Niinistö respublikanın 77-ci hökumətini rəsmən təyin edib. Yeni hökumətə aprelin 2-də keçirilmiş parlament seçkilərində qalib gələn Milli Koalisiya Partiyasının (MKP) lideri Petteri Orpo rəhbərlik edir.
Bu barədə Finlandiya Nazirlər Kabinetinin saytında dərc olunmuş bəyanatda deyilir.
“Əsl Finlər” partiyasından olan maliyyə naziri Riikka Purra Baş nazirin müavini təyin olunub. Elina Valtonen xarici işlər naziri, Antti Hakkanen (hər ikisi MKP-dəndir) müdafiə naziri postlarını tutub.
Sanna Marinin rəhbərlik etdiyi əvvəlki hökumət də rəsmən istefaya göndərilib.
On doqquz nazirdən ibarət yeni hökumət bu gün ilk plenar iclasını keçirib. Nazirlər arasında vəzifələrin bölüşdürülməsi, nazirlik komitələri və işçi qruplarının tərkibi barədə qərarlar qəbul edilib.
Tehsil-press.az