“Horizon Europe” proqramı üzrə ikitərəfli əməkdaşlıq imkanları müzakirə olunub

“Horizon Europe” proqramı üzrə ikitərəfli əməkdaşlıq imkanları müzakirə olunub Polşanın Katovits şəhərində Sileziya Texnologiya Universitetinin təşkil etdiyi “Transport Problems 2023” adlı XV beynəlxalq elmi konfransda İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri Tofiq Babayev “Orta dəhlizin rəqəmsallaşdırılmasına müasir yanaşmalar” mövzusunda, şöbənin əməkdaşı Xalidə Məlikova isə “Horizon Europe” proqramında nəqliyyat layihələri” mövzusunda məruzələrlə çıxış ediblər.
İSİ Avropa İttifaqı Komissiyasının “Horizon Europe” proqramının “Rəqəmsal, sənaye və kosmos” üzrə milli dayaq nöqtəsi olaraq digər Avropa ölkələri ilə daim əməkdaşlıq edir. “Horizon Europe” proqramının Azərbaycanda milli dayaq nöqtəsinin təmsilçisi Tofiq Babayev Varşavada Polşanın Milli Tədqiqat və İnkişaf Mərkəzinin nümayəndələri ilə görüşüb, ikitərəfli əməkdaşlıq imkanları barədə müzakirə aparıb.

Tehsil-press.az



Oxşar xəbərlər