Bakı Dövlət Universitetində (BDU) Avropa Komissiyasının “Horizon-2020” proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi (MƏŞŞ) tərəfindən ümumuniversitet seminarı keçirilib.
Təhsil Nazirliyinin dəstəyi, MƏŞŞ üzvləri və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən seminarı universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə açaraq seminarın əhəmiyyətindən bəhs edib, “Horizon-2020” proqramı haqqında məlumat verib. Bildirib ki, seminarın keçirilməsində əsas məqsəd yüksəksəviyyəli tədqiqatların aparılması, bu tədqiqatlara alimlərin cəlb olunması və onların beynəlxalq əməkdaşlığının möhkəmləndirilməsi, fikir mübadiləsi üçün əlverişli şəraitin yaradılmasıdır. Proqramda, həmçinin innovativ müəssisələrin rəqabətədavamlılığının artırılmasına, yeni iş yerlərinin yaradılmasına, həyat tərzinin və maddi rifahın yaxşılaşdırılmasına yardım etmək, biznesin tədqiqatlara qoyduğu investisiyaların həcminin artırılmasını stimullaşdırmaq, innovasiyaların inkişafı mümkün olan sahələrə üstünlük verilməsini təmin etmək kimi məsələlər əksini tapıb.
Seminarda AMEA Rəyasət Heyəti aparatı Beynəlxalq əlaqələr idarəsinin müdiri Esmira Əlirzayeva proqram haqqında ətraflı bəhs edib.
Sonra AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri Tofiq Babayev proqramın imkanları, Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Proqramın Mari-Sklodovska Küri istiqaməti, AMEA-nın Arxeologiya İnstitutunun şöbə müdiri Zaur Həsənov isə bu istiqamət üzrə fərdi və qrup qrantlarının alınması ilə bağlı məlumat veriblər.
İlham Hümbətov, Rövşən Kərimov və Rəhimə Qabulova proqramın ayrı-ayrı istiqamətlərindən danışıblar.
Seminar iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.
Tehsil-press.az