Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün mediaya açıqlamasında iddia edib ki, Azərbaycan Prezidenti İlham Əliyev “bağlı qapılar arxasında” Ermənistanın 29,8 min kv.km ərazi bütövlüyünü tanıyıb.
Jurnalistlərin “niyə Azərbaycan Prezidenti ictimai şəkildə Ermənistanın ərazi bütövlüyünü tanıdığını bildirmir” sualına Simanyon bu cür cavab verib:
“Azərbaycan lideri öz mövqeyini bir qədər fərqli formada ifadə edir, deyir ki, Ermənistan ərazisinə heç bir iddiası yoxdur. Ancaq deməliyəm ki – bilmirəm bunu deməyə haqqım var, ya yox, amma deyirəm – qapalı görüşlərdə o, (İlham Əliyev) Ermənistanın ərazi bütövlüyünü rəqəm olaraq tanıyıb”.
Simonyanın bu cavabı həqiqətin təhrif olunmasıdır.
Əvvəla, Baş nazir Nikol Paşinyan da daxil olmaqla, Ermənistan rəsmiləri ölkənin guya 29,8 min kv.km ərazisinin olduğunu hər yerdə ifadə edirlər. Halbuki bütün rəsmi rəqəmlərdə, o cümlədən Sovet ensiklopediyalarında, Ermənistanın özünün rəsmi sənədlərində Ermənistanın ərazisi 29,743 kv.km kimi göstərilir. Əgər rəsmən 29,743 kv.km-dırsa, Azərbaycan lideri necə “29,8” rəqəmini qəbul etdiyini deyə bilər?
İkincisi, 29,8 min kv.km ilə 29,743 kv.km arasında 57 km.km – yəni 5 min 700 hektar fərq var. Yalnız bunu xatırlatmaq kifayətdir ki, 1986-87-ci illərdə Qazaxın 3 min hektar ərazisini Ermənistana otlaq sahəsi kimi verməklə 7 kəndimiz Ermənistanda anklava çevrilib. Digər tərəfdən, 2016-cı ilin aprel savaşında Azərbaycan Ordusu 2 min hektar ərazisini azad etmişdi və bu, böyük strateji üstünlük sayılırdı.
Başqa sözlə desək, 5700 hektar ərazi kifayət qədər böyük torpaq sahəsidir. Azərbaycan bunu necə görməzdən gələ bilər?
Üçüncüsü, Ermənistan uzun müddətdir ki, “yuvarlaqlaşdırma” aparır və 29,743 kv.km-nı “29,8” olaraq ifadə edir. Hiylədir: riyaziyyatdan azacıq başı çıxanlar bilir ki, “29,743” onluğa yuvarlaqlaşdırılanda “29,7” etməlidir. Ermənistan sadəcə, 29,8 min kv.km-nı beyinlərə yeritmək üçün bütün tribunalarda bu rəqəmi hallandırır. Sabah delimitasiya və demarkasiyada başqa rəqəm ortaya çıxarsa, buna qarşı kampaniyanı indidən hazırlayır.
Azərbaycanın isə “bağlı və ya açıq qapı arxasında” Ermənistanın “29,8”-ni qəbul etməsinə ehtiyac yoxdur: Azərbaycan Ermənistanın ərazi bütövlüyünü qəbul edir, sadəcə, delimitasiya və demarkasiya tələb edir. Ondan sonra bəlli olacaq ki, Ermənistanın ərazisi 29,743 kv.km-dır, yoxsa bu əraziyə də Azərbaycandan oğurlanan torpaqlar daxil edilib?
Tehsil-press.az