“İrəvan sülh müqaviləsini imzalamağa hazırdır”

“İrəvan sülh müqaviləsini imzalamağa hazırdır” “Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur”.
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Aknarada mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İrəvan Bakı ilə sülh müqaviləsinin imzalanmasında maraqlıdır və buna hazırdır: “Ermənistanın qanunvericiliyi və suverenliyi nəzərə alınmaqla biz regionun ticarət baxımından açılmasında, Azərbaycandan Naxçıvana, eləcə də Türkiyəyə vətəndaşların və məhsulların sərbəst hərəkətində problem görmürük”.

Tehsil-press.az


Oxşar xəbərlər