Fransanın “Enedis” enerji şirkətinin binasında güclü yanğın baş verib

Fransanın “Enedis” enerji şirkətinin binasında güclü yanğın baş verib Parisin Nanter şəhərində yerləşən “Enedis” enerji şirkətinin binasında güclü yanğın baş verib.
Bu barədə cümə axşamı müstəqil jurnalist Klement Lanota istinadən BFM telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, yanğınsöndürənlər partlayış təhlükəsi olduğundan binanın ətrafında yaşayan insanları təxliyə edirlər.
Yanğın ölkədə yeniyetmənin yol polisi tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşlar fonunda baş verib. Yanğının səbəbi məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub.

Tehsil-press.az


Oxşar xəbərlər