Suriyada itkin düşmüş şəxslərin axtarışı üçün təşkilat yaradılacaq

Suriyada itkin düşmüş şəxslərin axtarışı üçün təşkilat yaradılacaq Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Suriyada itkin düşmüş şəxslərin araşdırılması ilə məşğul olacaq təşkilatın yaradılacağını təsdiqləyib.
Qətnamədə BMT Baş Assambleyasının Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü tanıdığı bir daha qeyd olunub.
Qətnamədə itkin düşənlərin taleyini öyrənmək və sağ qalanlara dəstək vermək üçün BMT-nin himayəsi altında Suriyada İtkin Şəxslərin Araşdırılması üzrə Müstəqil Təşkilatın yaradılması təsdiq edilib.

Tehsil-press.az



Oxşar xəbərlər