Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin dörd rayonunun rəhbərlərini vəzifəsindən azad edib.
Burada söhbət Podolski, Svyatoşinski, Desnyanski və Dneprovski bölgələrinin rəhbərlərindən gedir.
Bunun sığınacaqların vəziyyətinin qənaətbəxş olmaması ilə bağlı yaranan qalmaqalla əlaqəli olduğu güman edilir. Xüsusilə də Kiyevdəki vəziyyət müzakirə mövzusuna çevrilib. İyunun 23-ü Ukraynanın Təhlükəsizlik Şurasının iclası keçirilib və bunun ardınca Zelenski Ukraynadakı bomba sığınacaqlarının dörddə birinin, Kiyevdə isə üçdə birinin yararsız olmasına görə məsuliyyət daşıyan şəxslərin məsuliyyətə cəlb ediləcəyini bildirib. O, məsələ ilə bağlı kadr dəyişikliyi edəcəyini açıqlamışdı.
Tehsil-press.az