Türkiyə, İsveç və Finlandiyanın xarici işlər nazirləri Brüsseldə görüşəcək

Türkiyə, İsveç və Finlandiyanın xarici işlər nazirləri Brüsseldə görüşəcək Türkiyə, İsveç və Finlandiyanın xarici işlər nazirləri və kəşfiyyat rəhbərləri bu gün Brüsseldə görüşəcəklər.
Isveçin NATO-ya üzvlüyü Vilnüs sammitində prioritet məsələlərdən biridir.
Lakin İsveç Türkiyənin gözlədiyi addımları hələ ata bilməyib. Həmçinin, Macarıstan bu prosesdə Ankara ilə birlikdə hərəkət edəcəyini açıqlayıb.
Stokholmun terrorla mübarizə qanununa etdiyi dəyişiklik iyunun 1-dən qüvvəyə minsə də, İsveç Ankaranın istədiyi terror təşkilatı PKK və FETÖ üzvlərini hələ də ekstradisiya etməyib. Ankara açıq şəkildə bildirib ki, bu addımlar atılmasa, İsveçin üzvlüyünə qırmızı işıq yandıracaq.

Tehsil-press.az

Oxşar xəbərlər