"Rusiya əhalisinin yarısı Priqojini dəstəkləyib” - Zelenski

"Rusiya əhalisinin yarısı Yevgeni Priqojini dəstəkləyib”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsi zamanı deyib.
O, qiyamdan sonra Putinin ölkədə hakimiyyətini möhkəmləndirmək üçün hər şeyi edəcəyini bildirib.
Zelenski vurğulayıb ki, Kreml vəziyyəti təhlil edib və "Vaqner" rəhbərini Rusiyanın əhəmiyyətli bir hissəsi dəstəklədiyini görüb:
"Rusiyanın yarısı Priqojini dəstəklədi. Yarısı da Putini. Bu arada Rusiyanın bəzi regionları kimə dəstək verəcəyini dəqiq bilmədilər. Hamımız bu prosesi görürük və bu, Rusiya əhalisinin yarısının ciddi şübhə içində olduğunu göstərir".

Tehsil-press.az

Oxşar xəbərlər