Niinistö: Rusiyanın cavabını bu addımla verəcəyik

Niinistö: Rusiyanın cavabını bu addımla verəcəyik Finlandiya Rusiyanın düşmən hərəkətlərinə cavab olaraq Turku şəhərindəki Rusiya Baş Konsulluğunu bağlaya bilər.
Bunu Finlandiya Prezidenti Sauli Niinistö deyib.
“Biz cavab hazırlayırıq. Sankt-Peterburq Baş Konsulluğunun bağlanmasına ekvivalent cavab Rusiyanın Turkudakı konsulluğunun bağlanmasıdır”, - o bildirib.
Qeyd edək ki, Rusiya Finlandiyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətini daynadırdığını və 9 finlandiyalı diplomatı ölkədən çıxardığını elan edib.

Tehsil-press.az


Oxşar xəbərlər