Rusiya onları “persona non-qrata” elan etdi

Rusiya onları “persona non-qrata” elan etdi Rusiya 5 İsveç diplomatını “persona non-qrata” elan edib.
Nazirlikdən verilən açıqlamada İsveçin aprelin 25-də 5 rus diplomatını “persona non-qrata” elan etdiyi bildirilib.
Bunun “düşmənçilik” addımı olduğu və ikitərəfli münasibətləri çətin vəziyyətə saldığı vurğulanıb.
Bu səbəbdən İsveçin Moskvadakı səfiri Malena Mard tərəfindən nazirliyə çağırılıb.
Bundan əlavə, Rusiyanın Göteborqdakı Baş Konsulluğunun sentyabrın 1-dən etibarən fəaliyyətini dayandırmaq qərarına gəldiyi bildirilib.
“Səfirə həmçinin məlumat verilib ki, Rusiya tərəfi 2023-cü il sentyabrın 1-dən İsveçin Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə verilmiş icazəni ləğv edib”, - açıqlamada qeyd olunub.

Tehsil-press.az


Oxşar xəbərlər