ABŞ hökuməti 60 Rusiya diplomatının ölkədən çıxarılması, eləcə də Sietldəki Rusiya baş konsulluğunun bağlanması barədə qərar qəbul edib.
Bu barədə Ağ ev administrasiyasının nümayəndəsi xüsusi brifinqdə bildirib.
Ölkədən xaric edilən 60 diplomatdan 48-i səfirlik, 12 isə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin əməkdaşlarıdır.
Onlar həftə ərzində ölkəni tərk etməlidir.
Qeyd edək ki, ABŞ-la yanaşı Ukrayna və 14 Aİ ölkəsi də Rusiya diplomatlarını ərazisindən çıxarır.
Qərarın martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqəli olduğu bildirilir.
Tehsil-press.az